Kateqoriyasız

“Qarabağ”a səfərdə qalib gəlmək çox çətindir” – “Nant”ın futbolçusu

“Nant”ın futbolçusu Jan-Şarl Kastelletto Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının 2-ci tur matçından sonra klubun rəsmi telekanalına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib:

“Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu. Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. “Qarabağ” çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik”.

“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43