Kateqoriyasız

“Qarabağ”ın bu futbolçuları “Neftçi” ilə oyunda oynamayacaq

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” bu matça ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun heyətində qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Xayme Romero zədəli olduğundan paytaxt təmsilçisi ilə matçı buraxmalı olacaq. Bundan əlavə Latrik Andrade 4 sarı vərəqə alaraq limiti doldurduğu üçün görüşdə iştirak edə bilməyəcək.

“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43