Milli komanda

“Qarabağ”ın futbolçusu milliyə dəvət aldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə toplanışa daha bir futbolçu dəvət edib. Belə ki, “Qarabağ”ın müdafiəçisi Elgün Uluxanov da yığmaya qoşulacaq.

Qeyd edək ki, gənclər millimiz martın 20-dən 25-dək Bakıda təlim-məşq toplanışında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43