Kateqoriyasız

“Qarabağ”ın futbolçusu Türkiyəyə getdi

“Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin yenidən sıradan çıxması ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, millimizin də şərəfini qoruyan futbolçu Türkiyəyə yollanıb. 1 aylıq sıradan çıxan təcrübəli yarımmüdafiəçi qardaş ölkəyə müalicə üçün yollanıb.

Qeyd edək ki, R.Əmirquliyev “Sumqayıt”la keçirilən kubok matçında zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43