Kateqoriyasız

“Qarabağ”ın qazancı 10 milyondan çox oldu

UEFA tərəfindən 2021-ci ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib. AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 16 milyon 296 min 98 manat təşkil etdiyi açıqlanıb:
“Qarabağ” 10 milyon 728 min 540 manat
“Neftçi” 2 milyon 964 min 6 manat
 “Sumqayıt” 1 milyon 40 min 417 manat
 “Keşlə” 900 min manat
“Qəbələ” 212 min 10 manat
 “Zirə” isə 154 min 51 manat
 “Səbail” 154 min 51 manat
 “Sabah” 138 min 364 manat

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43