Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu İsveçrə klubunda

“Qarabağ”la yollarını ayıran isveçrəli futbolçu İnnosent Emeqara sabiq klubu “Vintertur”a qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, hələ də özünə klub tapa bilməyən 25 yaşlı hücumçu formada qalmaq üçün burada məşq edəcək.

Qeyd edək ki, Emeqara ötən ilin oktyabrında “Qarabağ”a keçmişdi. Lakin oyunçu ailəsindən uzaq qalmamaq üçün Ağdam klubundan ayrılıb, ölkəsinə yollanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43