İdman

“Qarabağ”la oyun öncəsi “Kukesi”də gərginlik

Çempionlar Liqasının II təsnifat mərhələsindəmi “Qarabağ”ın rəqibi olan “Kukesi”də əhval-ruhiyyə yaxşı deyil. İdmanxeber.com-un məlumatına görə, buna səbəb klub prezidenti Safet Citsi komandaya söz verdiyi mükafatları ödəməkdən imtina etməsi səbəb olub.

“Kukesi”nin rəhbəri ÇL-in I təsnifat mərhələsində Malta “Valletta”sını keçəcəkləri təqdirdə komanda üzvlərinə 100 min avro mükafat vəd edib. Lakin Albaniya çempionunun sərgilədiyi futbol Çitsinin ürəyincə olmadığı üçün fikrindən daşınıb. O, komandanın evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etməklə mərhələ adlamasını qənaətbəxş saymadığını söyləyib.

“Qarabağ”la “Kukesi” arasında ilkmatç iyulun 25-də Albaniyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43