Kateqoriyasız

“Qəbələ” Gürcüstan klubuna qalib gəldi

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin “Dila” klubu olub.

Baş məşqçi Roman Qriqorçuk oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. “Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Eyyubov “qırmızı-qaralar”ı hesabda önə çıxarıb. Hasanov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb – 2:0. Bu, matçda son qol olub.

Beləliklə, Gürcüstan toplanışında ilk oyununda “Dila”nı sınağa çəkən “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komanda iyunun 22-də Gürcüstanın digər klubu “Sioni” ilə üz-üzə gələcək.

“Qəbələ” “Dila” oyunu aşağıdakı heyətlə keçirib:

Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Hasanov), Rəşad Eyyubov (Yusif Dilanov), Roman Hüseynov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43