Kateqoriyasız

“Qəbələ” – “Lill”: Bütün biletlər satıldı!

Bu gün Avropa Liqasının III təsnifta mərhələsi çərçivəsində "Qəbələ" Fransa "Lill"ini qonaq edəcək.

İdmanxeber.com-un məlumatına görə, "Bakcell Arena"da keçiriləcək oyun üçün satışa çıxarılan 11 min biletin hamısı satılıb. 

Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, az öncə ən son biletlər də satıldı. Saat 21:00-da start götürəcək oyunda anşlaq olacağı artıq öncədən məlumdur.

Qeyd edək ki, tərəflər arasındakı ilk matçda qalib müəyyənləşməyib – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43