Ölkə futbolu

“Qəbələ” nümayəndələri UEFA forumunda

Martın 20-21-də UEFA Gənclər Liqası çərçivəsində məşqçilər forumu keçirilib.

Idmanxeber.com-un məlumatına görə, 2016-2017-ci illər mövsümünün iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanı “Qəbələ” nümayəndələri təmsil edib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma futbol akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar. UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Marketti iştirakı ilə başlayan tədbirdə İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapellonun müxtəlif mövzularda mühazirələri dinlənilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43