Dünya futbolu

29 yaşlı məşqçi Almaniyada ilin ən yaxşısı seçildi

Almaniya Futbol Federasiyası 2016-cı ilin ən yaxşı məşqçisini adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ilin ən yaxşı məşqçisi “Hoffenhaym”ın 29 yaşlı baş məşqçisi Yulian Naqelsmann seçilib.

Bundesliqanın ən gənc məşqçisi olan Naqelsmann uşaq futbolundakı  xidmətlərinə görə bu mükafata layiq görülüb. O, Almaniya millisinin müxtəlif yaş qruplarına bir çox futbolçu qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43