Dünyadan

“Qəbələ”nin rəqibi oyuna baş məşqçisiz çıxacaq – CƏZALANDI

Fransanın “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının III turunda “Qəbələ” ilə ev oyununu tribunadan izləyəcək. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə baş məşqçinin özü açıqlama verib.

O, bildirib ki, ötən tur Belçika “Anderlext”i ilə oyunun son dəqiqələrində cəzalı duruma düşüb: “Bu yolverilməzdir. Özümə gələn dəfə daha çox nəzarət etməliyəm. Komanda stadiona gələndən sonra onlarla heç bir əlaqəm olmur. Bu halda işləmək çətinləşir. Köməkçim Rene Lobello komandaya cavabdeh olacaq. Rene mövqeləri çox yaxşı bilir”.

Qeyd edək ki, Kristof Qaltye sentyabrın 29-da “Anderlext”lə görüşün son dəqiqələrində vurduqları bərabərlik qolunu çılğınlıqla qeyd edib. Bu isə baş məşqçinin cəzalanmasına səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43