Ölkə futbolu

Qurban Qurbanov: “Bəzən belə hallar olur”

“Vacib 3 xal qazandıq” “Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Keşlə”ni 1:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.

47 yaşlı yaşlı mütəxəssis Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib: “Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir”.

Baş məşqçi Araz Abdullayevin yenidən əsas heyətə qaytarmalarına da toxunub: “Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43