Kateqoriyasız

Qurban Qurbanov üçün uğurlu göstərici: İnzagi, Did Advokat, Henrik Larsson və başqaları…

“World Coach Ranking” dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinqi açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda qərarlaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən ayla müqayisədə 6 pillə irəliləyib.

Ağdam klubunun çalışdırıcısı  475-ci yerdən 469-a yüksəlib. Onun hesabında 1238 xal var. O, bu göstərici ilə Dik Advokat, Henrik Larsson. Sami Hyuppya, Tomas Şaaf, Filippo İnzagi kimi məşqçiləri geridə qoymağı bacarıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da mövqeyini dəyişib. Aktivində 937 xal olan ukraynalı mütəxəssis 578-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43