Kateqoriyasız

Stamenkoviçin yeni klubu bəllidi

“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni iş yeri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, serbiyalı qolkiper karyerasını Qazaxıstanda davam etdirəcək.

Təcrübəli qapıçı bu ölkənin “Okjetpes” klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Stamenkoviç “Neftçi”də çıxış etdiyi müddətdə 2 dəfə Azərbaycan çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43