Ölkə futbolu

Qurbanov üçün SON ŞANS

Premyer Liqanın sonuncusu “Səbail”də Mahmud Qurbanovun göndərilməsi artıq an məsələsidi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 17 tura cəmi 10 xal toplayan “dənizçilər”in rəhbərliyi Qurbanova son şansı verib. Azərbaycan kubokunun 1/4 finalında “Sabah” səddi keçilməzsə “professor” ləqəbli çalışdırıcı ilə yollar ayrılacaq.

Qeyd edək ki, “Səbail” cari mövsümdə Premyer Liqada cəmi 2 oyunda qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43