Ölkə futbolu

“Rəqiblər “Qarabağ”dan çəkinirlər” – Vaqif Cavadov

“Qarabağ” maraqlı qrupa düşüb. Hər üç rəqib ölkə çempionatlarında uğurlu çıxış ediblər. Komandamızın şanslarını digərləriylə bərabər görürəm. “Qarabağ” Avropada öz sözünü demiş komandadır”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Ağdam təmsilçisinin UEFA Avropa Liqası G qrupundakı şanslarını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Rəqiblər “Qarabağ”dan çəkinirlər. Oyunlar çox gərgin olacaq. Məncə, təmsilçimiz qrupdan çıxacaq. Komandaların səviyyələri eynidir. Oyunlar başlayanda hər şey daha dəqiq görünəcək”.

Cavadov “Qarabağ”ın mütləq transfer etməli olduğunu da bildirib: “Xüsusilə də hücumçu və cinah futbolçuları alınmalıdır. Zubirlə Kadi olmasa, heyətdə ciddi problem yarana bilər. Düzdür, Musa Qurbanlı və Ramil Şeydayev var. Ancaq onlar həmin effekti verə bilməzlər. Zubirlə Kadi başqa oyunçulardır. Qurban Qurbanov bunların fərqindədir. Məncə, hazırda belə oyunçular axtarırlar. Məşqçilər heyəti ən düzgün qərarı verəcək”.

Qeyd edək ki, “Qarabağ” qrupda “Olimpiakos”, “Frayburq” və “Nant” komandaları ilə birgə mübarizə aparacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43