Dünyadan

“Real” Pepeni buraxmağa razıdır

“Real” yayda müqaviləsi sona çatdıqdan sonra Pepeni buraxmağa razılıq verib.

İdmanxeber.com-un məlumatına görə, klubla futbolçu arasında gözəl münasibətlərin olmasına baxmayaraq tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Portuqaliyalı futbolçu 2 illik sözləşmə istəsə də, “Real” yalnız 1 illiyə razı olub.

Beləliklə, Pepe elə indidən istənilən klubla danışıqlara başlaya bilər. Futbolçu ilə Çinin bir neçə komandası maraqlanır.

Xatırladaq ki, Pepenin “Real”da məvacibi 5,5 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43