“Sabah” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Kəpəz” oyununa itkilərlə hazırlaşır
İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin heyətində zədəli olan Namik Ələsgərov, Boyan Letiç və Jarl Marqaritanın oynayıb-oynamayacağı sual altındadır.
Mərakeşli müdafiəçi Maruan Hadudi də cəzalı olduğu üçün “sarı-göylər”ə qarşı çıxış edə bilməyəcək.
Xatırladaq ki, “Kəpəz” – “Sabah” matçı aprelin 21-də, saat 16:30-da start götürəcək.