Milli komanda

“Sabah oyun planında və heyətdə bəzi dəyişikliklər olacaq” – Arif Əsədov

“Sabahkı oyunda bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Deyərdim ki, bu rəqib hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı oyunda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacaq. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yenə də sabah yaxşı oynayıb, qalib gələk. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü-zəif tərəflərini başa saldıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda ikinci zonada oyunumuzu quracağıq. Biz də çalışacağıq ki, öz oyunumuzu göstərək. Müsbət emosiyalarımız var. 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, əgər alınsa, istədiyimizi edə biləcəyik”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri Azərbaycan milli komandasının müvəqqəti təyin edilmiş baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis sabah qapının Şahruddin Məhəmmədəliyevə tapşıralacağını bildirib:

“Sabahkı matçda Şahruddini düşünürük. Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstirya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43