Milli komanda

“Azərbaycan futboluna dərinə getməlisən ki, biləsən niyə onlarda alınır, bizdə yox” – Emin Mahmudov

“Yaxşı komandaya qarşı oynayacağıq. Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

– A millidə yerli mütəxəssislə çalışmaq yaxşıdır, yoxsa xarici mütəxəssislə?

– Mən yerli ilə də işləmişəm, xarici ilə də. Hamı ilə münasibətim yaxşı idi. Keçmiş məşqçilərə qarşı nəsə demək istəmərəm. İkisi də yaxşıdır.

– Monqolustanla matçda qol epizodlarından istifadə edə bilməsəniz də, tənqidləri qəbul etmirsiniz…

– Kim dedi ki, tənqidi qəbul etmirik? Mən qəbul etmirəm?

– Söhbət komandadan gedir…

– Biz hamımız tənqidləri qəbul edirik. 

– Millətlər Liqasında bizimlə eyni qrupda yer almış Qazaxıstan millisi pley-off mərhələsinə çıxdı. Biz nə vaxt bu addımı atacağıq?

– Bir az çətin sualdır. Azərbaycan futboluna dərinə getməlisən ki, biləsən niyə onlarda alınır, bizdə yox. Biz Qazaxıstanı səfərdə də uda bilərdik. Daha yaxşı oyun göstərdik. Onlar qalib gələrək motivasiya ilə davam etdilər, qrupu yaxşı keçdilər. Biz o oyunu yaxşı oynasaydıq, bizdə də yaxşı şanslar olardı. Amma deyə bilmərəm ki, Qazaxıstan bəxt sayəsində oralara gedib çıxdı. İşləyiblər, yaxşı oyun göstəriblər. Qazaxlar kimi eyni nəticənin bizdə də olmasına çalışacağıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Amma çox istəyərdim ki, yaxın gələcəkdə olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43