Dünya futbolu

Sabiq “Fənərbaxça”lı “Qalatasaray”a doğru

“Aslan” heyətini gücləndirmək istəyir.

Türkiyə mətbuatının yazdığı xəbərlərə görə, “Sevilya” klubunun müdafiəçisi Simon Kayer “Qalatasaray”a keçə bilər. Xəbərdə İstanbul təmsilçisinin danimarkalı oyunçunu 1 illik icarəyə götürəcəyi bildirilib. 

Qeyd edək ki, sözügedən futbolçu 2015-2017-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43