İdman

Samir Əliyev: “Çalışıram ki, bu xasiyyətimi yığışdırım”

“Əvvəlki turda “Qəbələ” bizdən yaxşı oynadı, sadəcə bəxtimiz gətirdi, 2 qol vurduq və qələbə qazandıq. Bugünkü matçda isə “Kəpəz” daha çox istəkli idi. Onları da qələbə münasibəti ilə təbrik edirəm. Biz isə öz üzərimizdə çox çalışmalıyı. Səhvlərimiz çox oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Səbail” matçı sonrası baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Samir Əliyev deyib. Gənc mütəxəssis oyunla bağlı verilən sualları da cavablandrıb.

– Səhvlər deyərkən nəyi nəzərdə tutursunuz?

– Söhbət taktiki səhvlərdən gedir.

– Buraxdığınız qolları necə dəyərləndirirsiniz?

– “Kəpəz” elə çox qol epizodu yaratmadı, ancaq hücumları dəqiq tamamladı. Onlara təbrik düşür. Biz isə “Səbail” olaraq məqsədimizlə yolumuza davam edirik. 

– Hansı məqsədlərdən söhbət gedir?

– Bu oyunu tezliklə unutmaq istəyirik. Layiqli mübarizə aparmaq və əzmkar komanda formalaşdırmaq niyyətindəyik. 

– Əvvəlki görüşlərdə sizi daha emosiyanal və çılğın görürdük. Bu matçda isə yox…

– Düzdü, əvvəlki matçlarda daha çılğın idim. Çalışıram ki, bu xasiyyətimi yığışdırım. Futbolçular da özlərini meydanda rahat hiss etsinlər.  Hər oyun futbolçuların üstünə qışqırası deyiləm ki?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43