Dünya futbolu

Sebalyos “Milan”a transfer ola bilər

“Real”ın oyunçusu Dani Sebalyos karyerasını A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az məlumat verir ki, “Milan” ispaniyalı yarımmüdafiəçini heyətinə qatmağı düşünür. “Kral klubu” 27 yaşlı oyunçu üçün 8 milyon avro tələb edir.

Sebalyos bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43