Kateqoriyasız

“Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi”

“Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “İnter”lə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, qələbəyə layiq olduqlarını, lakin buna rəqib qapıçının imkan vermədiyini bildirib: “Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq.  Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43