Kateqoriyasız

Serbiya millisinin üzvü “Sumqayıt”da – RƏSMİ

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” Serbiya U-21 millisinin üzvü Damian Daniçiçi “Dinamo” Zaqreb klubundan transfer edib. 22 yaşlı cinah müdafiəçisi mövqeyində çıxış edən Damianla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Srvena Zvezda” klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın “Qrafiçar”, “Vozdovats”, Xorvatiyanın “İstra” və “Varazdin” klublarında çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43