İdman

SON DƏQİQƏ! Qurban Qurbanov Elvin Yunuszadəni millinin düşərgəsindən qovdu

Araz Abdullayevlə Elvin Yunuszadənin Qurban Qurbanov tərəfindən cəzalandırılaraq heyətdən kənarda qoyulmaları barədə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçimiz dünənki mətbuat konfransında isə iki futbolçudan birinin Antalyaya aparılmayacağını bildirmişdi. Artıq qərarını verən Qurban Qurbanov Elvin Yunuszadənin millinin düşərgəsini tərk etməsini istəyib.

Beləliklə “Qarabağ”ın müdafiəçisi yığma ilə birgə Antalyaya yollanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43