İdman

Srnanın vəzifəsini başqası yerinə yetirəcək

“Real Nadrid”in yarımmüdafiəçisi Luka Modriç Xorvatiya yığmasının kapitanı təyin olunub.

İdmanxeber.com-un məlumatına görə, onun assistentləri Vedran Çorluka və İvan Rakitiç olacaq. Xatırladaq ki, uzun illər millinin kapitan sarğısını daşımış Dario Srna AVRO-2016-dan sonra yığma karyerasını başa vurduğunu açıqlamışdır.

Yeni kapitan isə yığmanı sentyabrın 5-i DÇ-nın seçmə mərhələsi çərçivəsində ilk dəfə Türkiyə ilə oyuna çıxardacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43