İdman

“Sumqayıt” – “Səbail”: başlama saatı açıqlandı

Premyer Liqanın 13-cü turunda keçiriləcək “Sumqayıt” – “Səbail” oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın saytına istinadən yaydığı xəbərə görə, “Kapital Bank Arena”da oynanılacaq görüş noyabrın 26-ı saat 16:00-da başlayacaq.

Qeyd edək ki, 12 turdan sonra “Sumqayıt” 16 xalla 4-cü, ehtiyatında 1 oyun artıq  olan “Səbail” 12 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43