Kateqoriyasız

“Sumqayıt”ın hazırlıq planında dəyişiklik oldu

2022/23 mövsümünə hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanan “Sumqayıt”ın təlim-məşq planında dəyişiklik olub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar komanda toplanışını Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək.

​Adıçəkilən bölgədə “Çam” hotelində məskunlaşan Aleksey Baqanın yetirmələri plana əsasən bu günü iki məşqlə başa vuracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43