Kateqoriyasız

“Sumqayıt”la oyun öncəsi “Neftçi”də iki ciddi itki

“Neftçi” Premyer Liqanın 13-cü turunda “Sumqayıt”a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, bir günlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən “ağ-qaralar” bu gün klubun bazasında növbəti məşqə çıxıb.

Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər – Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşq edən Tyaqo Bezerra komanda ilə məşq edib.

Dekabrın 5-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına saat 16:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43