Kateqoriyasız

Şüvəlanda sözün hər iki mənasında “təyyarə qəzası”: AZAL özünkülərinə güvənmədi və XL-ə ağız açdı

Premyer Liqanının VII turunun qapanış matçı olan AZAL – “Xəzər Lənkəran” qarşılaşmasında bir məqam xüsusi diqqətimizi çəkdi.

Belə ki, AZAL-ın meydanında keçirilən oyundan öncə media tribunasına qalxmaq istəyərkən qapıda “Xəzər Lənkəran”ın mühafizə xidməti işçiləri bizi qarşıladı. Onu da qeyd edək ki, həmin qapının önündə bir dənə də olsun AZAL-ın mühafizə xidmətinin işçisi yox idi. 

AZAL-a məxsus mühafizəçilər yalnız arenanın içərisində öz vəzifələrini yerinə yetirirdilər. Onların da sayı barmaqla sayılacaq qədər idi.

Maraqlıdır, görəsən AZAL-ın kifayət qədər mühafizəçisi yoxdu? Və ya onların işlərinin öhdəsindən gələ bilməyəcəyini düşünən meydan sahibləri qonaqların mühafizəçilərini həmin qapının önünə qoymuşdular?

Bütün bu suallara sabah aydınlıq gətirməyə çalışacağıq. Ancaq onu qeyd edim ki, özümü bir anlıq Lənkəranda, “Fırtınalar meydanı”nda hiss etdim.

Qeyd edək ki, matç Cənub klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşdı.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43