Kateqoriyasız

“Tiraspol”un baş məşqçisi: “Başa düşürsünüz, biz fiziki cəhətdən 100 faiz hazır deyilik”

“İnter” səviyyəli futbolçulara malik yaxşı komandadır. Onlar müdafiəni yaxşı təşkil edirlər. Topu ələ keçirdikdən sonra isə sürətli hücumalara çıxırlar. Lazım olanda topa nəzarət etməyi bacarırlar. Biz ilk növbədə qol buraxmamalı və hücumdakı şanslardan maksimum yararlanmağa çalışmalıyıq. Ümid edirəm ki, stadiona gələn azarkeşlər matçın ilk dəqiqəsindən sonunadək bizi dəstəkləyəcəklər. Onlar da bizə bu oyunda müsbət nəticə qazanmaqda kömək edə bilərlər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü çərçivəsində öz meydanında Bakı “İnter”i ilə qarşılaşacaq Moldovanın “Tiraspol” klubunun baş məşqçisi Vlad Qoyan oyunöncəsi mətbuat konfransı keçirərkən deyib.

Təcrübəli mütəxəssis “İnter”in yaxşı müdafiə olunduğunu bildirib:

“Biz hər zaman oyuna nəzarət etməyə çalışmışıq. Aydın məsələdir ki, bəzən öz cərimə meydançamızın yaxınlığında müdafiə olunacağımız anlar da olacaq. Onların bütün oyunu müdafiədən qurub-qurmayacağını bilmirəm. Düzdür, “İnter” yaxşı müdafiə olunmağı bacarır. Üstəlik topla da yaxşı rəftar edirlər. Düşünürəm ki, bəzən sürətli hücumlar olacaq. Daha sonra isə oyunda qısa fasilələr yarana bilər”.

Qlan daha sonra “İnter2lə oyuna tam hazır olmadıqlarını da bildirib:

“Başa düşürsünüz, biz fiziki cəhətdən 100 faiz hazır deyilik. Lakin psixoloji, texniki və taktiki cəhətlərdən tam hazırıq. Qarşılaşmanın əvvəlindən irəli atılsaq, hər iki hissədə bu tempdə oynamağı çatdırmayacağıq. Əlbəttə, doğma meydanda yaxşı nəticə qazanmalıyıq, ancaq ilk növbədə qol buraxmamalı və şanslarımızdan yararlanmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43