Dünyadan

Torresin vəfatı ilə bağlı Braziliyada 3 günlük matəm elan olunub

Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

İdmanxeber.com xəbər verir ki, mərhumla vida mərasimi Braziliya Futbol Konfederasiyasının binasında keçiriləcək. Braziliyya çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq. 

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatıilə bağlı, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43