İdman

“Tour d’Azerbaidjan-2017″yə start verildi

Mayın 3-də Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib.

5 mərhələdən ibarət olan yarışın birinci mərhələsi Dövlət Bayrağı Meydanından başlayıb və velosipedçilər 150 kilometr qət edərək Sumqayıta çatacaqlar.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43