Kateqoriyasız

Türkiyəli mütəxəssis “Bakı”nın baş məşqçisi oldu

Son günlərin problemli komandası olan “Bakı” baş məşqçisi Milinko Pantiçin gedişindən sonra daha da çarəsiz qalıb.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”a müvəqqəti olaraq yeni baş məşqçi təyin olunub. Belə ki, əvəzedici komandanın baş məşqçisi İbrahim Uzunca bu gündən əsas komandanı çalışdırmağa başlayıb.

“Bakı”dakı problemlər tam həllini tapdıqdan sonra yeni baş məşqçinin kimliyi bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43