Kateqoriyasız

UEFA Premyer Liqamızın ən yaxşı legionerlərini açıqlayıb

UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının ən yaxşı legionerlərinin siyahısını açıqlayıb.

İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda Premyer Liqamızın ən qiymətli legionerlərindən ibarət TOP-7 təqdim olunub.  

Siyahıda :

Leroy Corc (“Qarabağ”), yarımmüdafiəçi

Aleksandr Amsulaşvili (“İnter”), müdafiəçi

Karlos Kordozo (“Neftçi”),müdafiəçi

Adrian Skarlatake (“Xəzər Lənkəran”)

Draqan Çeran (“Simurq”), hücumçu

David Meza-Kolli (“İnter”), yarımmüdafiəçi

Muarem Muarem (“Qarabağ”), yarımmüdafiəçi

kimi futbolçular yer alıb. Və bu futbolçular haqqında məlumat verilib.

 Bunlardan əlavə siyahıda ən yaxşı əcnəbi futbolçular kimi Ansi Aqoli, Riçard Almeyda (“Qarabağ”), Mikel Alvaro (“İnter”), Sadio Tounkara (“Xəzər Lənkəran”), Rafael Dos Santos (“Qəbələ”), Viktor İqbekoyi (AZAL) və Georgios Pelagiosun (“Bakı”) da adı çəkilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43