Dünya futbolu

UEFA Türkiyənin qarşısına maneə qoydu

Almaniya və Türkiyə Futbol Federasiyalarının nümayəndələri UEFA-nın Nyondakı mənzil-qərərgahında keçirilən seminarda iştirak ediblər.

Seminar AÇ-2024-ə ev sahibliyi etmək üçün ərizələrin verilməsi qaydalarına həsr edilib. Futbol tarixində ilk dəfə olaraq, qaydalara “insan hüquqları” məsələsi də daxil edilib.

İngiltərə mətbuatında yer alan məlumata görə, UEFA bu dəyişikliyi etməklə, Türkiyənin qarşısında maneə yaratmaq istəyir. Bu məsələnin qaydalara əlavə edilməsindən sonra Türkiyənin işi çətinləşib, Almaniya isə daha şanslı olub.

Almaniya və Türkiyə AÇ-2024-ə ev sahibliyi etmək niyyətindədi. Turnirə ev sahibliyi edəcək ölkənin adı 2018-ci ilin sentyabr ayında açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43