İdman

Ukrayna yığmasının futbolçusu rəsmən “Borussiya”da – FOTO

Ukrayna yığmasının hücumçusu Andrey Yarmolenko karyerasını Almaniyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, Kiyev “Dinamo”sunun üzvünün “Borussiya”ya keçidi rəsmiləşib. Bu barədə Dortmund klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Oktyabrda 28 yaşını tamamlayacaq Yarmolenko ilə 2021-ci ilin yayına qədər nəzətdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, almanlar Yarmolenkonun transferinə 25 milyon avro xərcləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43