Dünya futbolu

Veratti qərarını verdi: komandadan ayrılır

PSJ-nin aparıcı futbolçularından olan MArko Veratti mövsüm sonunda komandadan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı futbolçu artıq yeni komandalar tapmaq üçün agenti Donato Di Kampla tapşırıq verib.

Məlumata görə, futbolçu “Barselona” ilə cavab oyunundan sonra bu qərara gəlib.Bundan əlavə, katalonlara oyundan öncə də onun tənqidlərlə üzləşdiyi və bu səbəbdən komandadan ayrılmaq istədiyi deyiir.

Xatırladaq ki, bir müddət ncə yayılan məlumata görə, “Yuventus”, “Barselona” və “Bavariya” futbolçu üçün 80 milyon avro ödəməyə hazır idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43