Dünyadan

“Volfsburq”un futbolçusu PSJ-də

“Volfsburq”un yarımmüdafiəçisi Yulian Draksler karyerasını PSJ-də davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, hər iki tərəf futbolçunun keçidində razılığa gələ bilib. 23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra Paris klubu ilə 4,5 illik müqavilə imzalayacaq.

Məlumata görə, transferin ümumi məbləği 36 milyon avro təşkil edib.

Qeyd edək ki, Almaniya millisinin üzvü “Volfsburq” forması ilə çıxdığı 34 matçda 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43