Dünyadan

Volkan Dəmirələ yenə o təzahürat

“Karabükspor”- “Fənərbaxça” matçının əvvəlində Volkan Dəmirəl ilə “Karabükspor” azarkeşləri arasında gərginlik yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, matçın əvvəlində istiləşməyə çıxan Volkan Dəmirəl, qapı arxasındakı azarkeşlərin təzahüratlarına bir müddət reaksiya verməyib.

“Vətən xaini” təzahüratı bir müddət daha davam edincə Volkan qapı arxasındakı azarkeşlərin qarşısına qədər gedərək buradakı təhlükəsizlik işçilərini xəbərdar edib.

Azarkeşlərdən şikayətçi olan Volkan daha sonra qapıçı məşqçisinin də israrıyla qapısına dönüb və istiləşmə hərəkətlərinə davam etib.

Qeyd edək ki, Türk Telekom Arenada oynanan 2016-cı il Avropa Çempionatı mərhələsində, Türkiyə-Qazaxıstan matçı öncəsi Volkan Dəmirələ bir qrup azarkeş nalayiq sözlər demiş, Volkan da əlcəklərini çıxarıb meydanı tərk etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43