Kateqoriyasız

“Xəzər Lənkəran”: göz yolda, qulaq səsdə

Braziliyalı Elias “Xəzər Lənkəran”ın gözünü yolda qoyub.

Cənub klubunun transfer etmək istədiyi 31 yaşlı hücumameylli yarımmüdafiəçi hələ də “ağ-yaşıllar”a qoşulmayıb.

Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, Eliasın gecikməsinə səbəb onun ailə problemi olmasıdı. Elias düşərgəyə nə vaxt gələcəyini deməyib və “Xəzər Lənkəran” onun yolunu gözləyir. 

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi müqavilə ilə “Atletiko Paramnense” klubuna məxsusdu. Lakin o, bu komandada möhkəmlənə bilməyincə “Ponte Preta”ya icarəyə verilib. Burada Elias 11 oyunda 2 dəfə fərqlənməyi bacarıb.

1.81 sm boya malik Eliasla birbaşa müqavilə imzalanacaq.

Qeyd edək ki, Elias  “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” kimi klubların da şərəfini qorubu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43