Ölkə futbolu

“Xəzər Lənkəran”a qalib gələcəyimizə inanıram” – “Neftçi”nin baş məşqçisi

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la oyun öncəsi  son məşqinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, məşqdən sonra komandanın baş məşqçisi Vəli Qasımov klubun televiziyasına danışıb:

“Bugünkü məşqdən razı qaldım. Futbolçularda motivasiya  böyükdür: “İnanıram ki, oyunçlar sabahkı görüşdə hər şeylərini qoyaraq, meydanı qələbə ilə tərk edəcəklər”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sabah saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43