Kateqoriyasız

“Zalsburq” Bakıdakı ilk məşqinə gecə saatlarında çıxacaq

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Zalsburq” klubu Bakıdakı ilk məşqinə gecə saatlarında çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Bakıya saat 21:00-da enəcək olan Avstriyalılar saat 22:30-da mətbuat konfransında iştirak edəcəklər. Daha sonra “Zalsburq” klubu saat 23:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqinə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43