Dünya futbolu

“Zirə”nin rəqibi Əlcəzair millisinin futbolçunu transfer etdi

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə rəqib olan “Differdanj” klubu heyətini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Lüksemburq klubu hücum xəttini gücləndirib. Komandaya son dəfə Almaniya Regional Liqasında çıxış edən “Homborq” klubundan Şadli Amri transfer edilib. 32 yaşlı hücumçu ilə “1+1” şərti ilə müqavilə imzalanıb.

Əlcəzairli futbolçunun adı “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb.

Şadli bir zamanlar Almaniyanın “Maynts” və “Kayzerlsautern” kimi klublarında top qovub. Fransanın “Mets” klubunun yetirməsi olan forvard Əlcəzair millisində 10 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43