Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr” baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, klub “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanı komandanın başına gətirmək niyyətindədir. İspaniyanın nüfuzlu “Marca” nəşri rəhbərliyin fransalı mütəxəssisə illik 120 milyon avro maaş təklif etdiyini bildirir.
Məşqçinin nümayəndələri hələlik təklifə cavab verməyiblər.
Aprelin 13-də klub Qarsiyanı istefaya göndərdiyini açıqlayıb. Həmin gün Səudiyyə klubu gənclərin sabiq çalışdırıcısı Dinko Yeliçiçi komandanın yeni baş məşqçisi kimi rəsmən təqdim edib.

