13 İyul 2026
Dünya futbolu

“İddialar məhkəmədə sübuta yetirilməlidir” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xual Laporta Neqreyra işi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri irəli sürülən ittihamların əsassız olduğunu bildirib. O, hüquq işçilərinə və mətbuata müraciət edib:

“Biz ilkin tapıntılarla işimizə aid 629 sənəd və 43 DVD toplamışıq. Müstəqil firma ilə razılaşmışıq və onlar bu işi şəffaf şəkildə həyata keçirir. İddialar məhkəmədə sübuta yetirilməlidir. Biz hüquqi dövlətdə yaşayırıq, onun əsas prinsiplərindən biri təqsirsizlik prezumpsiyasıdır.

Belə olan halda media “Barsa”nı bu hüquqdan məhrum edib. Onlar məhkəməsiz və istintaqsız hökm verilir, bizi günahkar çıxarırlar.

“Barselona”nın prezidenti kimi bütün səlahiyyətli qrumlardan maksimum məsuliyyətli olmağı tələb edirəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43