Misli Premyer Liqasının XXX turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” matçı izləyicilərin ən çox marağına səbəb olan oyun olub. Belə ki, paytaxt təmsilçisinin liderə qarşı görüşünü stadiondan 7 min azarkeş izləyib.
Turun digər maraqlı qarşılaşması “Neftçi” – “Qəbələ” oyununda isə 2200 tərəfdar qeydə alınıb. Şamaxıda son sıraları yaxından maraqlandıran matçda yerli komanda “Sumqayıt”ı qəbul edib.
Qapılara qol vurulmayan görüşdə tirbunalarda 1500 tərəfdar yer alıb.
Gəncə şəhər stadionunun ot örtüyünün yararsız olduğu üçün “Turan Tovuz”u Qəbələdə qəbul edən “Kəpəz”in oyununa da maraq az olmayıb.
Azarkeşlər qərb derbisində hər iki komandanı da yalnız qoymayıblar. Qəbələdə baş tutan matçı stadiondan 800 azarkeş izləyib.
Turun ən az azarkeş qeydə alındığı görüşü “Zirə” ilə “Səbail” arasında baş tutub. Ötən tur “Qəbələ”yə məğlub olub 4-cü pilləni əldən verən qəsəbə təmsilçisinin “dənizçilər”ə qarşı oyununu cəmi 350 azarkeş izləyib.

