Kateqoriyasız

Ən yaxşı məşqçilərin dünya reytinqi açıqlandı

Football World Rankings portalı 2019-cu il üçün dünyanın ən yaxşı məşqçilərinin son reytinqini dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 575-ci yerdə qərarlaşıb.

İlk 100-lüyə “Neftçi”nin baş məşqçisi Roberto Bordin də daxil olub. O, 818 xalla 678-cidir. İtaliyalı mütəxəssis ötən ilin dekabrının siyahısı ilə müqayisədə 283 pillə irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43